Sahibkarlıq və Sosial Elmlər Konqresi (EMI) ənənəvi beynəlxalq konqreslərdən biri olmaqla akademik əməkdaşlığın və mədəni kapitalın inkişafına töhfə vermək missiyasını uğurla davam etdirir. 2024-cü ilin 10-13 sentyabr tarixlərində Rumıniyanın Tarqovişte Valahia Universitetinin ev sahibliyi, Türkiyənin Kocaeli Universitetinin Biznesin idarə edilməsi fakültəsinin tərəfdaşlığı ilə hibrid formada keçirilən X Sahibkarlıq və Sosial Elmlər Konqresində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, dosent Yusif Alıyev və filialın əməkdaşı - gənc alim Sərxan Cəfərov təmsil da olunublar.
Filialın konqres təmsilçiləri tədbir çərçivəsində ayrı-ayrı bölmələrdə çıxış edib, digər ölkələrdən olan həmkarları ilə ikitərəfli elmi müzakirələr keçiriblər.
Qeyd edək ki, konqresdə Azərbaycan, Türkiyə, Rumıniya, Özbəkistan, Böyük Britaniya, Şimali Kipr Türk Respublikası, ABŞ, Dubay, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Hindistan, Norveç, Ukrayna, İtaliya, Yeni Zelandiya, Argentina, Qazaxıstan, Pakistan, Bəhreyn, Mərakeş və Nigeriyadan olan alimlər iştirak ediblər.
Konqresə təqdim olunan hər bir məqalə dərc olunacaq və Qiymətləndirmə Şurası tərəfindən seçilən müvəffəqiyyətli məqalələrə “Ən yaxşı məqalə mükafatı” veriləcək.
Bununla yanaşı tədbirdə “Türk dünyası çalıştayı” və “Türk dünyası” xüsusi sessiyaları da təşkil olunub. Bu səbəbdən bu sahələr üzrə yazıları təşviq etmək üçün “Türk dünyasında sahibkarlıq” mükafatı da təsis edilib.