18-19 sentyabr tarixlərində ali təhsil müəssisələrinin nümayəndələrinin beynəlxalq reytinq qiymətləndirmələri haqqında məlumatlarını artırmaq məqsədilə təlim və komanda quruculuğu görüşləri keçirilib. Təlimdə bir çox ali təhsil müəssisəsinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri iştirak edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən təlimdə QS-in (Quacquarelli Symonds) regional direktoru Sergey Xristoliubov iştirakçılara müvafiq sahə üzrə ən son tendensiyalar haqqında məlumat verib.
Görüşdə iştirak edən Pedaqoji Universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov qabaqcıl təcrübə və ADPU-nun beynəlxalq reytinqlərdə irəliləməsi ilə bağlı müzakirələr aparıb.
Qeyd edək ki, təlim zamanı beynəlxalq reytinqlərin ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılmasında rolu, reytinq göstəricilərinin yaxşılaşdırılması üçün yaradılan imkanlar və prosesdə yaranan çətinliklər barədə geniş müzakirələr aparılıb.