Previous Next

Prof. Mahirə Hüseynova Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin fəxri professoru seçilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və universitetin Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı keçirilən “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidir” adlı elmi-praktik konfransda iştirak ediblər.

Prof. Mahirə Hüseynova konfransda çıxış edərkən ADPU-nun Qafqazın ən qədim pedaqoji təhsil müəssisəsi olduğunu qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı vurğuladığı Azərbaycan-Özbəkistan dostluq münasibətlərini xatırladıb. O, həmçinin Cizzak Dövlət Pedaqoji Universitetinin Özbəkistanın təhsil sahəsində qazandığı uğurlardan bəhs edərək bu universitetin regionda təhsilin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Konfransda, həmçinin Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə əlaqədar prof. Mahirə Hüseynovaya bu ali məktəbin fəxri professoru adı verilməsi ilə bağlı diplom təqdim edilib. 

Müxtəlif bölmələrdə işini davam etdirən konfransda dos. Könül Səmədova Avropa və türk dünyasının təhsil sistemlərinin təcrübələrinin Azərbaycanda tətbiqi məsələlərinə dair mühazirə ilə çıxış edib.

Səfərin ikinci günündə prorektor prof. Mahirə Hüseynova ilə Cizzak Dövlət Pedaqoji Universitenin rektoru Şövkət Şərifov arasında keçirilən görüşün yekununda memorandum imzalanıb.

Bundan əlavə, Mahirə Hüseynova Cizzak Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib. Tələbələr qarşısında elmi mühazirə ilə çıxış edən prorektor öz yaradıcılığına aid şeirlərdən də parçalar səsləndirib. Onun “Əsr Türkün əsridir” adlı mahnısı da auditoriyada səslənib və tələbələr tərəfindən maraqla qarşılanıb. Görüşün sonunda tələbələr prof. Mahirə Hüseynovaya verdiyi dəyərli biliklər və maraqlı çıxış üçün təşəkkür ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search