Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramına qeydiyyat prosesi başa çatıb.
4-10 oktyabr tarixlərində davam edən proqrama paytaxt da daxil olmaqla müxtəlif regionlardan 600-dən çox şəxs müraciət edib.
Xatırladaq ki, proqrama seçim prosesi elektron sənəd qəbulu, test və müsahibə mərhələlərindən ibarətdir. Elektron sənəd qəbulu üçün namizədlərdən pedaqoji sahədə ali təhsil, dövlət və ya özəl məktəbəqədər təhsil müəssisələrində ən azı 3 illik iş təcrübəsi tələb olunur.
Proqramda məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili və idarə olunması, sənədlərlə işin təşkili, liderlik səriştələrinin və s. artırılması prioritet istiqamətlər olaraq nəzərdə tutulub.
Proqramın test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərə email vasitəsi ilə məlumat göndəriləcək.
Bütün namizədlərə uğurlar arzu edirik!
Ətraflı məlumat üçün: