Previous Next

ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının (ACER) təlimlərində

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı (ARTİ) ilə Avstraliyanın Təhsil Tədqiqatları Şurası (ACER) tərəfindən keçirilən “Təhsilalanların səriştəəsaslı qiymətləndirilməsi – Test Hazırlama” təlimlərində iştirak edib.

5 gün ərzində davam edən təlimlərdə əsas məqsəd qiymətləndirmə çərçivə sənədinin hazırlanması, tapşırıqlar üçün təlimatların və stimulların seçilməsi, çoxseçimli tapşırıqların və yaradıcı cavab tələb edən tapşırıqların hazırlanması, testlərin tərtibi üzrə təlimatlar və keyfiyyət təminatı daxil olmaqla, test dizaynı və tapşırıq yazılması istiqamətində müəllimləri inkişaf etdirməkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search