Previous Next

ADPU tələbələri Beynəlxalq Astronavtika Konqresində

Bu günlərdə İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresdə ölkəmizi təmsil edən 52 tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi komandanın tərkibində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının  Riyaziyyat və informatika müəllimliyi ixtisasının V tədris ili tələbələri Aygül Əliyeva və Tünzalə Məmmədova da yer alıblar.

Aygül Əliyeva konqresdə “Exploring Martian Sedimentary Rocks Insights into the Red Planet’s Geological History” (“Mars çöküntü süxurlarının tədqiqi. Qırmızı planetin geoloji tarixinə dair fikirlər”) adlı məqalə ilə çıxış edib. Bu məqalədə Marsdakı çöküntü daşlarının planetin geoloji tarixini necə açdığı və keçmişdə orada mümkün olan yaşam izlərinə dair nümunələrdən bəhs olunur. Araşdırma Marsın geoloji təkamülü və ətraf mühit şəraiti haqqında əhəmiyyətli məlumatlar təqdim edir.

Tünzalə Məmmədovanın təqdim etdiyi “Prognosing how tıme passes ın a black hole: A study ın physıcs and cosmology” (“Qara dəlikdə zamanın necə keçdiyinin proqnozlaşdırılması. Fizika və kosmologiyada tədqiqat”) adlı məqalədə isə zaman və qara dəlik anlayışları haqqında elmi və fəlsəfi məlumatlar əks olunub. Məqalədə, həmçinin qara dəliklərdə zamanın necə axması, bu prosesi proqnoz etməyin necə mümkün olması haqqında tələbənin apardığı araşdırmalardan bəhs olunub.

Qeyd edək ki, T.Məmmədova ötən il də öz məqaləsi ilə İAC2023-də çıxış edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search