Oktyabrın 23-də Türkiyə Respublikasının İstanbul Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və İstanbul Universitetinin rektoru professor Osman Bülənd Zülfiqar arasında görüş keçirilib.
Görüş çərçivəsində tərəflər rəhbərlik etdikləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri haqqında məlumat təqdim edib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşün yekununda prof. C. Cəfərov və prof. O. B. Zülfiqar universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.