Previous Next

“Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, ekologiya və yaşıl şəhərlər” - forum

23-25 oktyabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliynin Botanika İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, ekologiya və yaşıl şəhərlər” mövzusunda forum keçirib.

Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs, Dendrologiya Bağı Publik Hüquqi Şəxs və  Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Forumun açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva ölkə başçısı cənab İlham Əliyevin “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarının Azərbaycanın COP29 missiyamızın ruhunu əks etdirdiyini ifadə edib. O, COP29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifinin irəli sürülməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Kimya və biologiya faküləsinin dekanı dosent Reyhan Ağayeva və dekan müavini dosent Bəsti Əsədova, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Natiq Allahverdiyev, Dendrologiya Bağı Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini dosent Samirə Bağırova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri dosent Dmitriy Dvinin çıxış edərək forumun işinə uğurlar arzulayıblar.

Forumda, həmçinin Kimya və biologiya fakültəsinin müəllimləri dos. Xoşqədəm İbrahimova, dos. Təranə Abdullayeva, dos. Amaliya Həsənova, k.ü.f.d. Afət Hacıyeva və tələbələr çıxış ediblər.

12 istiqamət üzrə 3 paneldə davam edən Forumda məruzələr ətrafında geniş müzakirələr aparılıb, sonda iştirakçılara sertifikat təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search