Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri"nin mentorluq proqramı uğurla davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən (ADPU) "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalib və xüsusi mükafatçıları üçün mentorluq proqramı uğurla davam edir. Müsabiqə çərçivəsində qalib və xüsusi mükafatçı  olmuş tələbələr universitet rəhbərliyi və sturuktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək şəxsi və karyera inkişafları üçün vacib mentor dəstəyi alır, mentorlarının peşəkar təcrübələrindən faydalanırlar. Həmçinin, tələbələr mütəmadi olaraq müxtəlif sturukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə edirlər.

Layihənin keçirilməsində məqsəd bacarıqlı və yüksək potensiallı gənclərin müəyyən edilərək onların inkişafına dəstəyin göstərilməsi və universitetin gələcək kadr bankının formalaşdırılmasıdır. Mentorluq proqramının 1 il davam etməsi nəzərdə tutulub. Proqramı uğurla başa vuran tələbələr müvafiq referans məktubu əldə edəcəklər.

Qeyd edək ki, cari ildə keçirilmiş  "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsində universitet və onun filiallarında təhsil alan,  ümumilikdə 1000-ə yaxın tələbə və magistrant iştirak edib. 4 mərhələdən ibarət olan müsabiqənin yekununda qalib və xüsusi mükafatçı olan 20 tələbə 1000 AZN pul mükafatı, 1 illik xarici dil və İT kursları ilə yanaşı, eyni zamanda 1 illik mentorluq proqramında iştirak etmək şansı da qazanıblar. 

Müsabiqənin növbəti illərdə də təşkil edilməsi nəzərdə tutulub.

“bp Azərbaycan” şirkəti, “Prestij-S” Tədris Mərkəzi və “IT Brains Academy” müsabiqənin sponsorlarıdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search