Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi və bir qrup əməkdaşı Şəkidə ölkəmizin ərazi bütövlüyünün təmin olunması və işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Nicat İmamverdiyevin ailəsini ziyarət ediblər.
Şəhidin anası Çimnaz İmamverdiyeva Nicatın keçdiyi döyüş yolundan və bu cəsurluğuna görə layiq görüldüyü təltiflərindən danışıb.
ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və suverenliyinin tam bərpa edilməsində şəhidlərin rolu danılmazdır və xalqımız daim onların adını uca tutacaq, xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.
Şəhidin anası Ç.İmamverdiyeva şəhid ailələrinə göstərilən böyük qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və qonaqlara ziyarətə görə təşəkkürünü çatdırıb.