Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Allahyar İmanov dünyasını dəyişib.
Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!