Previous Next

Azərbaycan güclü və qalib ölkə kimi regionda, qlobal miqyasda söz sahibidir

Azərbaycan  Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edib. Xatırladaq ki, dövlət başçımızın 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Sərəncamın hansı səviyyədə icra edilməsi artıq tək bizim yox, bütün dünyanın gözü qarşısındadır.

Cənab Prezident həmin tədbirdəki nitqində Ermənistana və onun havadarlarına mesajlar ünvanlayaraq bildirmişdir ki, son otuz ildə bizi işğal faktı ilə barışmağa çağıran bəzi Qərb siyasətçiləri indi də Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və  təxribatları, Xocalı soyqırımını, ərazilərimizin 20 faizinin viranəliyə çevrilməsini, milli-mədəni, tarixi və dini abidələrimizin vəhşicəsinə yerlə yeksan edilməsini unutdurmağa çalışırlar. Ancaq əbəs yerə, biz həmin vandalizmləri unutmayacağıq.

Bəli, 30 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan rəhbərlərinin Qarabağ və Şərqi Zəngəzurda gördükləri iş ancaq sökmək, dağıtmaq, yandırmaq, əraziləri minalamaqdan ibarət olmuşdur.

Beləliklə, işğalçı Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olaraq diz çökdü və kapituliyasiya aktına imza atmağa məcbur edildi. Kremlə yalvararaq kapitulyasiya aktına imza atmağı məqsədəuyğun sayan İrəvan rəhbərləri əvvəlcə sülh sazişi imzalamağa razılıq versə də, dörd ildir ki, sülhdən və regional sabitlikdən qaçırlar.

Dövlət başçımız sözügedən çıxışında bu məsələyə münasibət bildirərək dedi ki: “İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər”.

Heç bir təzyiq və aparılan qarayaxma kampaniyası Azərbaycanın iradəsinə təsir edə bilməyəcək. Azərbaycan güclü və qalib ölkə kimi regionda, qlobal miqyasda söz sahibidir. Bu gün Bakı BMT-nin ən mötəbər təbbiri olan COP29-a ev sahibliyi edir. Məhz belə bir tədbirin ölkəmizdə keçirilməsi dövlətimizin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycana, Onun Prezidentinə olan inam və etimadın bariz nümunəsidir.

 

Professor Fikrət RZAYEV,

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, Əməkdar müəllim

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search