Previous Next

ADPU-nun Quba filailında elmi seminar: “İqlim dəyişkənlikləri - səbəbləri, nəticələri və mübarizə tədbirləri”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında dosent Güləddin Həmzəyevin təqdimatında “İqlim dəyişkənlikləri - səbəbləri, nəticələri və mübarizə tədbirləri” mövzusunda elmi seminar keçirilib. Seminarda filial rəhbərliyi, professor-müəllim heyəti və struktur rəhbərləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan filialın Dəqiq və təbiət elmləri kafedrasının müdiri səlahiyyətlərinin icraçısı, riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov mövzunun aktuallığı və bu kimi tədbirlərin əhəmiyyəti barədə danışıb.

Spiker dosent Güləddin Həmzəyev hazırda aktual problem olan qlobal iqlim dəyişkənlikləri, onların yaranma səbəbləri, ondan qaynaqlanan problemlər və mübarizə üsulları haqqında geniş məlumat verərək, hazırda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Sessiyasının Tərəflər Konfransı - COP29-un keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edib. Alim bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi “COP-29 Azərbaycanın bu vaxta qədər ev sahibliyi etdiyi bütün tədbirlərdən müqayisəyə gəlməz dərəcədə üstündür”.

Kainatdakı bütün məsələlərin Yer kürəsinə təsiri barədə təhlilləri təqdim edən alim əsaslandırıb ki, buzlaşma, buxarlanma və s. kimi proseslər bütün dövrlərdə iqlim dəyişikliyinə müstəsna təsir edən amillər sırasında olublar.

İnteraktiv formada keçirilən seminar iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search