Previous Next

Pedaqoji Universitet Hacettepe və Hacı Bayram Veli universitetləri ilə əməkdaşlığı genişləndirir

Dekabrın 5-də Türkiyənin Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şəfiqə Şule Ərçətin və Hacı Bayram Veli Universitetinin dosenti Şuay Nilhan Açıqalın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

Qonaqlarla görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işlər üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) nümayəndəsi Elza Səmədova iştirak ediblər.

Birgə əməkdaşlıq çərçivəsində magistratura səviyyəsində ikili diplom proqramlarının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinə start verilməsi məsələlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə konkret ixtisaslar üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.

Sonda qonaqlar ADPU-nun tədris binası ilə tanış olub, onlara xatirə hədiyyələri təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search