Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə yaradılan və ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən VeloLİFE klubunun təqdimatı ilə bağlı infosessiya keçirilib.
İnfosessiyada ATGTİ və ADPU TGT-nin idarə heyətkərinin üzvləri və universitetin fəal tələbələri iştirak ediblər.
Görüşdə çıxış edən ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Aqil Quliyev VeloLİFE klubunun yaradılmasının məqsədi, klub tərəfindən həyata keçirilən və gələcək üçün planlaşdırılan layihələr haqqında tələbələrə məlumat verib.
Daha sonra görüş sağlam həyat tərzinin təbliğini və gənclərin bu sahədə maarifləndirilməsini hədəfləyən klubla bağlı tələbələri maraqlandıran suallar ətrafında müzakirə ilə davam edib.