Previous Next

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dekabrın 25-də "Azərbaycan Hava Yoıları"nın (AZAL) Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində faciəvi şəkildə qəza enişi etməsi nəticəsində çoxsaylı insan tələfatının olması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə faciə qurbanlarının xatirəsini yad etmək məqdəsilə 26 dekabr tarixinin ölkə ərazisində matəm günü elan olunması ilə bağlı bir sıra anım tədbirləri keçirilib. Universitetin fakültələrində 26 dekabr tarixində ilk dərslər faciə qurbanlarının xatirələrinin yad olunması ilə başlayıb. Eləcə də Filologiya fakültəsində anım tədbiri təşkil olunub. Tədbirdə fakültə dekanı dosent  Könül Həsənova və professor-müəllim heyəti həlak olanların xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının baş müəllimi Səbinə Sadıqova isə matəm günündə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində olub və səfirlikdə açılmış Matəm kitabına təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığını qeyd edib.

Pedaqoji Universitetin Quba filialında da təyyarə qəzası ilə bağlı anım mərasimi təşkil olunub. Mərasimdə filialın rəhbərliyi və professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.  

Təyyarə qəzası ilə əlaqədar filialın foyesində müvəqqəti guşə düzəldilib. Faciəni acılarını özündə əks etdirən foto qarşısına tər çiçəklər düzülüb.  Anım mərasimindən sonra filialın əməkdaşları Matəm kitabına ürək sözlərini qeyd edib,  başsağlığı yazıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search