Previous Next

ADPU-nun rektor köməkçisi Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi s.e.ü.f.d. Riyad Rüstəmli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi səfərdədir.

Səfər çərçivəsində R.Rüstəmli Böyük Britaniyanın nüfuzlu Middlesex Universitetinin Dubay filialının direktoru Kedvin Fernandes ilə görüşüb. Görüş zamanı Middlesex Universiteti ilə ADPU arasında əməkdaşlıq imkanları müzakirə edilib.  

Eyni zamanda görüşdə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, birgə konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search