Previous Next

Çankaya Universitetinin prorektoru ADPU-da olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Çankaya Universitetinin prorektoru professor Buket Ağqoyunlu ilə görüş keçirilib. Görüşdə ADPU-nu rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər.

Görüş zamanı hər iki universitetin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələrinin tarixi, akademik strukturu, mövcud proqramları və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Xüsusilə, pedaqoji sahədə ixtisaslaşan ADPU-nun bu sahədə təcrübəsi və Çankaya Universitetinin innovativ yanaşmaları geniş müzakirə olunub.

Görüşdə iki universitet arasında əməkdaşlığın genişləndirilməsi və praktik layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search