Previous Next

Özbəkistanın millət vəkili, filoloq, şair Gulbakhor Saydganieva Azərbaycan Dövlət Pedaqoji Universitetində olub

İyunun 28-də Özbəkistanın millət vəkili, Özbəkistan Yazarlar Birliyinin üzvü, filoloq, şair Gulbakhor Saydganieva Azərbaycan Dövlət Pedaqoji Universitetində olub.
Qonağı ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Könül Həsənova, fakültənin kafedra müdirləri - dos. Nazilə Abdullazadə, dos. Razim Məmmədov, dos. Sevda Abbasova, dos. Könül Səmədova, dos. İradə Kərimova, Xarici Dillər Mərkəzinin müdiri, dos.Hacıyeva və filologiya.az saytının rəhbəri Aynurə Əliyeva qarşılayıb.

  Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın dəvətini qəbul edib ADPU-ya gəldiyinə görə Gulbakhor Saydganievaya
təşəkkürünü bildirən rektor, professor Cəfər Cəfərov görüşdə Özbəkistan-Azərbaycan dövlətinin tarixi əlaqələrindən söz açaraq bu köklü bağlılığın təhsil sahəsində də sıx əlaqələrin yaranmasında ciddi rol oynadığını bildirib. Orta Asiya ölkələrinin bir çoxundan fərqli olaraq özbəklərin öz dillərini qoruyub saxladıqlarının çox yaxşı bir hal olduğunu qeyd edən professor Cəfər Cəfərov türk xalqlarının bir-birini anlamasında böyük çətinliklərin olmadığını, türk xalqları bir-birləri ilə yaxınlaşarşa, sıx əlaqələr yaradarsa və bir-birləri ilə öz dillərində danışarsa, bunun ortaq türk dillərinə gedən istiqamətə böyük təsiri olacağını qeyd edib

Professor Mahirə Hüseynova Gulbakhor Saydganieva ilə türk dillərinin tarixindən, dialekt və arxaik sözlərdən, özbək və Azərbaycan dilində eyniyyət təşkil edən ifadələrdən, ədəbiyyatdan, poeziyadan, həmçinin Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına töhfə verəcək məsələlərdən, universitetin beynəlxalq əlaqələrindən, universitetlərarası münasibətlərin inkişaf etdirilməsindən söz açıb, Özbəkistan Pedaqoji Universiteti ilə ADPU arasında yaradılacaq əlaqələrlə bağlı razılığa gəlib.

Millət vəkili, filoloq, şair Gulbakhor Saydganieva vaxtilə işlədiyi Özbəkistan Dövlət Universitetindən, dillərimizin eyni kökə bağlılığından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərinin Özbəkistanda böyük sevgi və hörmətlə qarşılanmağından danışıb. Professor Ramiz Əskərin Əlişir Nəvai haqqında kitabının Özbəkistanda nəşrinin maraqla qarşılandığını qeyd edərək, xalqlarımız arasında ədəbi-mədəni və təhsil sahəsində əlaqələrin daha da yüksəkdilməsinə ümid etdiyini vurğulayıb. Azərbaycanın klassik və müasir şairlərinə olan marağını nəzərə çapdıran Gulbakhor Saydganieva, həmçinin tərcümə işi ilə məşğul olduğunu diqqətə çatdırıb, professor- şair Mahirə Hüseynovanın şeir kitablarını tərcümə edib, özbək oxucularına ərmağan edəcəyinə söz verib. Həmçinin Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanı nümayəndə heyəti ilə birgə Özbəkistana dəvət edib.

  Rektor, professor Cəfər Cəfərov  Özbəkistanın millət vəkili, filoloq, şair Gulbakhor Saydganievaya Azərbaycan- Özbəkistan ədəbi-mədəni əlaqələrinin yaradılmasında göstərdiyi xidmətə görə ADPU rəhbərliyi tərəfindən təltif olunduğu Fəxri Fərmanı təqdim edib.
Görüşün davamında Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova Gulbakhor Saydganievaya elmi və bədii kitablarını hədiyyə edib.

Daha sonra qarşı tərəfin istəyi ilə filoloq-şair Mahirə Hüseynova şeirlərindən nümunələri Azərbaycan dilində,  filoloq-şair Gulbakhor Saydganievaya isə şeirlərindən nümunələri özbək dilində səsləndiriblər.
Görüşün sonunda Özbəkistanın millət vəkili, filoloq, şair Gulbakhor Saydganievaya böyük qonaqpərvərliyə, göstərilən hörmətə görə ADPU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search