Previous Next

Pedaqoji Universitetdə Xocalı soyqırımının ildönümü geniş şəkildə anılıb

Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilib.

Universitet rəhbərliyi və  professor-müəllim heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, şəhidlərin ruhları ehtiramla yad edilib, abidə önünə tər çiçəklər qoyulub. Həmçinin, Ümumilli Lider Heydər Əliyevin ADPU-nun foyesində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə yaradılan guşə ziyarət edilib.

Universitetin sturuktur, fakültə və filiallarında da Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər həyata keçirilib.

Filologiya fakültəsində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin professor-müəllim heyəti tərəfindən auditoriyalarda xalqımıza qarşı həyata keçirilmiş soyqırımı haqqında tələbələrə geniş məlumat verilib.

İbtidai təhsil fakültəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.Tədbirdə fakültənin dekanı professor Qızxanım Qəhrəmanova Xocalı soyqırımı haqqında çıxış edib,  tələbələrə bu hadisənin tarixi, siyasi və mənəvi aspektləri haqqında ətraflı məlumat verilib. Saat 17:00-da isə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İncəsənət və fiziki tərbiyə fakültəsinin rəhbərliyi və professor-müəllim heyəti şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısında Xocalı soyqırımı faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Kimya və biologiya fakültəsində ilk dərslər Xocalı faciəsinə həsr edilib. Həmçinin, faciə qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Fizika fakültəsində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalını unutmadıq” adlı tədbir keçirilib. Tədbirdə  professor-müəllim heyəti və tələbələr iştirak edib.

Məktəbəqədər təhsil fakültəsində Xocalı soyqrımının 33-cü ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Bundan əlavə kafedralarda Xocalı qurbanlarına həsr olunmuş xatirə tədbirləri təşkil olunub.

ADPU-nun Magistratura və doktarantura şöbəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Anım günü tədbiri keçirilib. Tədbirdə şöbənin müdiri Rəşad Sadıqov əsrin ən böyük faciəsindən keçən illər ərzində ölkəmizdə baş verən hadisələrdən bəhs edib. Anım günündə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun Şamaxı filialında “Xocalı soyqırımı: Ədalətin bərpası və gələcəyə baxış” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ağcabədi filialında “Xocalı – faciədən doğan intiqam” adlı anım tədbiri təşkil edilib. Tədbirdə faciənin tarixi aspektləri geniş müzakirə edilib.

Şəki filialında Xocalı soyqırımının 33-cü anım gününə həsr olunmuş “Yaddaşlarda yaşayan, unudulmayan faciə” adlı elmi konfrans keçirilib. Xocalı soyqırımına aid foto və sənədli maleriallardan ibarət “Xocalı soyqırımı – 33” adlı sərgi və təlbələrin faciəyə həsr etdikləri əl işlərindən ibarət sərgi təşkil edilib.

Quba filialında “Xocalıya qayıdış” adlı anım günü tədbiri keçirilib. Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə Xocalı faciəsinə həsr edilən görüntülər nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib.
Cəlilabad filialında da Xocalı soyqırımına həsr olunan “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllim və tələbələr iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search