Previous Next

ADPU və və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib

Bakı Mühəndislik Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, alimlər, media təmsilçiləri, ADPU-nun rəhbərliyi və sturuktur rəhbərləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BMU rektoru Yaqub Piriyev Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın tarixi yurd yerlərimizə qayıdışını gündəmə gətirilməsinin vacibliyini vurğulayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında  bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının dövlətçiliyimizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildirib və  bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmini vurğuladı. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb və ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə geniş məlumat verərək qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, bütün azərbaycanlıları səfərbər edən geniş hərəkata çevrildiyini qeyd edib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademiklər Abel Məhərrəmov, Nizami Cəfərov, ADPU-nun rektoru professor Cəfər Cəfərov və professor İbrahim Bayramov, AMEA Tarix və etnologiya institutunun şöbə müdiri Cəbi Bəhramov tarixi Vətənə qayıdışla bağlı mükəmməl təşkilatlanma və geniş maarifləndirmə ilə bağlı fikir və təkliflərini təqdim ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search