Previous Next

ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Milli Çempionatında qalib olublar

“Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Milli Çempionatı keçirilib. Azərbaycanın 36 fərqli təhsil müəssisəsindən ümumilikdə 1000-dən çox şagird və tələbə iştirak etdiyi yarışmada  gənc mühəndislər 21 fərqli kateqoriya üzrə qələbə uğrunda yarışıblar. Builki yarışmada Azərbaycanla yanaşı, Türkiyə və Qazaxıstandan olan gənclər də mübarizə aparıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrindən ibarət komandalar  9 kateqoriya üzrə mübarizəyə qatılıb. Yarışın nəticələrinə əsasən  ADPU-nun  komandası 7 kateqoriya üzrə 1-ci yerə, 2 kateqoriya üzrə 2-ci yerə sahib olub.
Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının və STEAM mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışmaya qatılan komandanın tərkibi Riyaziyyat fakültəsinin IV kurs tələbələri Aysel Qarayeva, Səkinə Vəliyeva, Ayşən Məsimova, Ayla Ağayeva, Fidan Həsənli, Zəhra Alıyeva, Zeynəb Muradlı, fakültənin məzunları Türkanə Qəhrəmanlı, Tamara Manaflı və Fizika fakültəsinin tələbəsi Nərmin Həsənovadan ibarət olub.
Hər  komanda aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında iştirak haqqı qazanıb. Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçiriləcək  yarışda 13 ölkə iştirak edəcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search