Previous Next

Qızıl Aypara Cəmiyyəti ADPU-da qanvermə aksiyası keçirib

Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Cəmiyyətin ADPU bölməsinin birgə təşkilatçılığı ilə AzQAC-ın fəaliyyətə başlamasının 105 illiyi və AzQAC-ın ADPU bölməsinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə universitet əməkdaşları və tələbələri arasında qanvermə aksiyası keçirilib.

Aksiyanın açılışında Pedaqoji Universitetin, AzQAC-ın və AzQAC-ın ADPU bölməsinin  rəhbərliyi iştirak edib.

Aksiyada iştirak edənlər xeyriyyə məqsədilə qan veriblər, onlara Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri haqqında ətradflı məlumat verilib, bukletlər paylanılıb.

Qeyd edək ki, martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi tamam olur. Cəmiyyət Respublikada fəaliyyət göstərən və rəsmən rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.  

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search