Previous Next

Pedaqoji Universitetdən maraqlı 8 Mart aksiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin təşəbbüsü ilə şöbənin tərkibində fəaliyyət göstərən “ADPU TV” könüllü komandası tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı aksiya keçirilib.

Belə ki, universitetin Bakı şəhərində yerləşən beş tədris binasının hər birində eyni anda xanım tələbələr və əməkdaşlara xüsusi hazırlanmış açıqcalar təqdim olunub, bayramları təbrik olunaraq xoş arzular ifadə olunub.

Qeyd edək ki, açıqcaların üzərində bayram təbriki ilə yanaşı xanım tələbə və əməkdaşlara özəl xoş ismarışlar yer alıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search