29 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü keçirildi. İlk öncə universitet rəhbərliyi Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoydular. Tədbirdə universitetin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) baş katibi Orduxan Qəhrəmanzadə, Səbail rayon Gənclər və idman idarəsinin rəisi vəzifəsinin icra edən Elnarə Əliyeva, Nəsimi rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Tağızadə, universitetin prorektorları, dekanları, digər rəhbər şəxsləri, tələbələr və valideynlər iştirak etdi.
Məzun günü Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açılış nitqi ilə açan rektor Cəfər Cəfərov məzunlara gələcək həyatlarında uğurlar arzuladı. Rektor bu ilki məzun gününün digərlərindən əsas fərqli cəhətinin qalib ölkənin qalib vətəndaşları kimi qeyd olunduğunu diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandanın və şanlı ordunun zəfərlərindən danışan rektor vətən müharibəsində iştirak edən 200-dən çox məzunumuzun və 13 şəhidimizin olduğunu bildirdi və onların qarşısında müqəddəs borcumuz olduğunu bir daha vurğuladı. Tələbələrə müəllim sənətinin şərəfli peşə olduğunu və ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözlərinin məzunlarımızın həyat yollarında daima mayak rolu oynadığını qeyd etdi. Rektor bir daha tələbələrə gələcək müəllimlik həyatında uğurlar arzuladı və onların hazırlamasında pay sahibi olan müəllimlərə təşəkkürünü bildirib nitqini “Müqəddəs olan müəllim peşəsinə yiyələnən tələbələrin yolunun ADPU-dan keçdiyinə və bizimdə bunda pay sahibi olduğumuza görə qürur duyuruq. Ölkə rəhbərliyinin cənab prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın və təhsil naziri cənab Emin Əmrullayevin diqqət və qayğısının daima ADPU-nun üzərində olduğuna görə bir daha sizlərin qarşısında onlara bütün kollektivimiz adından minnətdarlıq bildirirəm” sözləri ilə bitirdi.
Tədbirin gedişində universiteti yüksək ümumi ortalama müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə bitirən və təhsil aldığı müddətdə universitetin sosial-ictimai həyatında fəal olan bir qrup tələbə rektor Cəfər Cəfərovun əmri ilə “Fəxri Fərman”la təltif edildi.
Gülyanaq Rəcəbova, Ceyla Səmədzadə, İlahə Kərimova, Nəzrin Göyüşlü, Sevinc Həbibli, Baba Əlibabaoğlu, Pərvanə Bayramova, Əli Məmmədzadə, İsayeva Həmayə və Məxfirət Hüseynova universitetdə təhsil aldığı müddətdə yüksək ÜOMG-ə görə, İsmayıl Nəsirov, Esmira Musalı, Aytən Əliyeva, Gülnar Xanəliyeva, Samir Cəfərov, Məhbuhə Axundzadə, Arzu Mahmudova, Günel Pənahova, Nərgiz Musayeva, Ürfan Bağırlı, Fatimə Süleymanova, Aygün Heydərova, Sara Mehtiyeva, Nurcan Şükürlü, Kənan Ağakişiyev, Familə Süleymanova, Səkinəxanım Mirzəzadə, Elza Əliyeva, Fidan Fərəcova, Gülnarə Novruzova, Fatimə Əliyeva, Sultanə Cəfərzadə və Səkinəxanım Süleymanova isə sosial-ictimai fəallıqlarına görə təltif edildilər.
Daha sonra tədbir konsert proqramı ilə davam etdi.