Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Keyfiyyət Təminatı Komissiyası və Keyfiyyətin Təminatı Şöbəsinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvlərinin birgə müzakirə iclası keçirilib.
İclası giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov ADPU-da keyfiyyətin təminatı sahəsində aparılan işlər barədə danışaraq qeyd edib ki, professor-müəllim heyətinin dünya ilə müqayisədə rəqabətliliyinin artırılması, tələbələrin sosiallaşması və beynəlxalq aləmə inteqrasiya olunması, habelə universitetin mükəmməl idarəetmə sisteminin təşkili istiqamətlərində nəzarət və təhlillər həyata keçirməli və bunun əsasında məqsədyönlü, təkmilləşdirici layihələr hazırlanmalıdır. Qeyd edilib ki, elektron universitet (Empro) sisteminin tətbiqi reytinq qiymətləndirilməsinin aparılmasında effektivliyi daha da artırıb.
Keyfiyyət təminatı şöbəsinin müdiri dos. Qalib Şərifov ADPU-da 2024-cü il üzrə akademik heyətinin fəaliyyətinin reytinq qiymətləndirilməsi üzrə problemli sənədlərin müzakirəsinə dair çıxış edib. Qalib Şərifov, şöbənin əməkdaşı Qərənfil Məmmədzadə və digər üzvlər tərəfindən problemli sənədlərə dair iddia olunan ballar müzakirə edilərək səsverməyə qoyulub. Komisiya və İşçi Qrupun üzvlərinin səsverməsinin nəticələrinə dair müvafiq qərarlar qəbul edilib.
İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov reytinq qiymətləndirilməsi barədə təkliflərlə çıxış edib. F.Rüstəmov qeyd edib ki, əsas diqqət elmi tədqiqatcılıq potensialının artırılmasına yönəlməli və bu istiqamətdə qeyd olunan ballara əlavələr olunmalıdır.
İclasın davamında iştirakçıların sualları cavablandırılıb, qeydləri və əlavələri interaktiv şəkildə müzakirə olunub.
Yekunda reytinq qiymətləndirilməsinin təkmilləşdirilməsinə dair təklif və tövsiyyələr müzakirə edilib.