Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin I mərhələsinin nəticələri açıqlandı

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün I mərhələsinin nəticələri elan olunub.
Ümumi dünyagörüşünün yoxlanılması məqsədini daşıyan bu mərhələdə iştiakçılar "Azərbaycan", "Dünya və müasir trendlər", "Təhsil və Pedaqoji Universitet" blokları üzrə ümumilikdə 100 test tapşırığını cavablandırıblar. Ümumi nəticələrə əsasən bu mərhələdə iştirak edən 400-dən çox tələbədən 231-i II mərhələyə keçmək hüququ əldə edib. I mərhələ üzrə ən yüksək nəticə göstərən iştirakçı mümkün 100 baldan 74 bal toplayıb. Mərhələ üzrə minimal keçid balı isə 40 bal olub.
Növbəti mərhələyə vəsiqə qazanmış işirakçıların siyahısı ilə keçiddən tanış ola bilərsiniz.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search