Previous Next

ADPU tələbləri üçün "Baharın rəngli sehrləri" adlı master-klas

Martın 17-də  Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə "Baharın rəngli sehrləri" adlı master-klas keçirilib. Tələbələrin yaradıcılıq potensialını inkişaf etdirmək və Novruz bayramının zəngin adət-ənənələrini rəngarəng formada əks etdirmək məqsədi daşıyan layihə çərçivəsində tələbələr Novruz bayramının simvollarını əks etdirən müxtəlif əl işləri hazırlayıblar. Həmçinin, milli adət-ənənələri əks etdirən müxtəlif  oyun və viktorinalar həyata keçirilib, iştirakçılara kiçik hədiyyələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search