Previous Next

ADPU tələbələri üçün “Karyera Forumu” layihəsinə start verilib

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubovun təqdimatında “Karyera Forumu” adlı layihənin birinci hissəsi baş tutub.

Layihə, tələbələrin karyera planlaması və əmək bazarındakı yeniliklərlə bağlı biliklərini artırmaq və onların şəxsi inkişafına, iş dünyasına daha hazırlıqlı inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. Bu istiqamətdə keçirilən görüşlər silsiləsinin ilk mərhələsi “Karyera planlama və iş dünyasına hazırlıq” mövzusuna həsr edilib.

Tədbirdə Kamil Yaqubov tələbələrə effektiv karyera planlamasının mərhələləri, iş müsahibələrinə hazırlıq və əmək bazarının aktual tələbləri haqqında ətraflı məlumat verib. Eyni zamanda, şəxsi təcrübəsindən yola çıxaraq real həyat nümunələrindən miallar gətirib. Təqdimatda iştirak edən tələbələr iş dünyasında tələb olunan əsas bacarıqlar və digər önəmli məqamlarla tanış olublar.

Tədbir interaktiv formatda  davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search