“British Council”ın təşkilatçılığı ilə gənc tədiqatçılar üçün keçirilən “Researcher Connect” adlı peşəkar inkişaf proqramı uğurla yekunlaşıb. Azərbaycanın 10-dan çox ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunu təmsil edən 32 tədqiqatçının iştirak etdiyi proqramın iştirakçıları arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva da var.
Proqramın yekunlaşması münasibətilə təşkil edilən bağlanış mərasimində iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və "British Council"ın ölkə direktoru Nərgiz Hacıyeva proqramı uğurla tamamlayan tədqiqatçıları sertifikatla təltif edib.
Qeyd edək ki, “Researcher Connect” proqramı “British Council” tərəfindən tədqiqatçıların beynəlxalq və çoxmədəniyyətli akademik mühitlərdə effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş peşəkar inkişaf proqramıdır.