Previous Next

Pedaqoji Universitetdə “Hüquq və Zəka” adlı intellektual yarış keçirilib

Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dəstəyi ilə ADPU-da “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Hüquq və Zəka” adlı intellektual yarışmanın final mərhələsi keçirilib. “Məntiq” dərnəyinin üzvləri arasında keçirilən yarışmada hər biri 6 iştirakçıdan ibarət olmaqla 10 komanda iştirak edib.

Yarışdan əvvəl ADPU-nun Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Riyaziyyat fakültəsini dekanı dosent Allahverdi Cəfərov və Məzun koordinasiya  və karyera şöbəsinin müdiri Könül Əsgərova çıxış edərək iştirakçılara uğur arzu ediblər.

Riyaziyyat fakültəsinin dekanı dos. Allahverdi Cəfərov, dekan müavini dos. əvəzi Tünzalə Hüseynova, dos. Novruz Nəsirov, dos. Vaqif Cabbarzadə, dos. Sadəddin Haxıyev və baş müəllim Cəmilə Abdullayevanın münsifliyi ilə keçirilən yarışmanın yekununda “Zirvə” komandası qalib olub.

Sonda layihənin təşkilatçılığına görə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nazimə Ağamalıyeva, dərnək rəhbərləri Xatirə Hacıyeva və Günel Ağamoğlanova, metodist Nərminə İsmayılova universitetin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını stimullaşdırmaq, eyni zamanda şagirdlərlə universitet mühiti arasında körpü yaratmaq olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search