Previous Next

“StuDance” - Pedaqoji Universitetdə maraqlı tədbir

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr edilmiş “StuDance” adlı bədii-əyləncəli tədbir keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, bu cür tədbirlər tələbələrin mədəni-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Pedaqoji Universitetin daxilində fəaliyyət göstərən ictimai təşkilatların hər zaman öz fəallıqları ilə fərqləndiklərini qeyd edən prorektor universitetdə yaradıcı və fəal tələbələrin artmasının sevindirici hal olduğunu vurğulayıb və bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib.

ADPU TKTB sədri Səidə Abulova çıxışında qeyd edib ki, birlik tələbələrin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində bir sıra fəaliyyətlər icra edir ki, bunlardan biri də təşkilatın daxilində fəaliyyət göstərən rəqs dərnəyidir. S.Abulova Beynəlxalq Rəqs Günü münasibətilə dərnəyin aktiv üzvlərinin iştirakı ilə təşkil edilmiş tədbirin əsas məqsədinin tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq və onları müxtəlif sənət sahələrinə təşviq etmək olduğunu, eyni zamanda imtahan sessiyası qabağı tələbələr üçün əlavə motivasiya olacağını bildirib.

Bədii hissədə tanınmış skripka ifaçısı Nahid Rüstəmli ifaları ilə tədbirə rəng qatıb. “Ayna Band” qrupu tələbələrin qarşısında gənclər tərəfindən sevilən və dillər əzbəri olan mahnıları ilə çıxış ediblər.

Gənclər tərəfindən böyük maraqla qarşılanan tədbir tələbələrin ifasında Azərbaycan milli filmlərindən səhnəciklərin, milli və dünya xalqlarının rəqslərindən təşkil edilmiş rəqs kompozisiyalarının nümayiş etdirilməsi ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search