Previous Next

Pedaqoji Kollecdə tanınmış alimlərlə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. “Qərbi Azərbaycanın qeyri-maddi irsi dünya mirasına töhfədir” adı tədbirin növbəti qonaqları ADPU-nun əməkdaşları – pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov və filologiya elmləri doktoru, professor İbrahim Bayramov olub.

Tədbiri giriş sözü ilə açan kollecin sosial işlər üzrə direktor müavini Sevda Axundova tədbirin əhəmiyyəti barədə məlumat verib. “Milli-mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” adlı dərnəyin rəhbəri Nərgiz Fətiyevaya kollecdə Qərbi Azərbaycana qayıdış ideyaları ilə bağlı keçirilən tədbirlərdən danışıb. O, qeyd edib ki, Qərbi Azəbaycan yalnız bizim üçün coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb-yaratmış minlərlə azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. Qərbi Azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir.

Prof. Fərrux Rüstəmov “Qərbi Azərbaycanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları” mövzusunda məruzə edib. Məruzədə Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımların atılmasından, beynəlxalq ictimaiyyətin bu barədə məlumatlandırılmasından, ermənilərin etnik təmizləmə siyasətinin ifşa olunmasından bəhs edilib. Qərbi Azərbaycan Ziyalılar Şurasının sədr müavini prof. Fərrux Rüstəmov Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı gördüyü işlərdən danışıb, qayıdış konsepsiyasını dövlətin strateji istiqamətlərindən birinə çevirən cənab Prezident İlham Əliyevin bu sahədəki titanik fəaliyyətini konkret faktlarla müəllim və tələbələrin diqqətinə çatdırıb. 

Prof. İbrahim Bayramov deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsindən, tarixi və mədəni irsimizdın, dinimizin qorunmasından, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı ölçüyəgəlməz fəaliyyəti barədə danışıb.

Kollecin müəllimlərindən Sara Bayramova, Sevda Mazanova və Mətanət Əliyeva çıxış edərək müzakirə edilən mövzu barədə fikirlərini bölüşüblər. 

Prof. Fərrux Rüstəmov “İrəvan kişi gimnaziyası və onun Azərbaycanlı məzunları” monoqrafiyasını kollecin kitabxanasına hədiyyə edib.

Tədbirin sonunda ADPK-nın direktoru f.e.ü.f.d. İsrayıl İsgəndərov çıxış edərək tədbirin əhəmiyyətindən və Qərbi Azərbaycana qayıdış ideyalarına dəstək üçün kollecdə görüləcək işlərdən danışıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search