Previous Next

Pedaqoji Universitetdə reproduktiv sağlamlıqla bağlı maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Tələbə Poliklinikası və 1 nömrəli Qadın Məsləhətxanasının birgə təşkilatçılığı ilə tələbələr üçün reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə universitetin bir neçə fakültəsinin tələbələri iştirak ediblər.

Çıxış edən 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova qeyd edib ki, gənclərin bu mövzuda yetərli məlumata sahib olmaları olduqca əhəmiyyətlidir. Əhalinin sağlamlığının qorunması, xüsusilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələləri müvafiq Dövlət Proqramlarında öz əksini tapır və buna uyğun olaraq bütün ölkə ərazisində sanitar maarifləndirici istiqamətdə tədbirlər təşkil olunur.

Daha sonra 1 nömrəli Qadın Məsləhətxanasının həkimləri Nazilə Babayeva və Münəvvər Xanmirzəyeva tərəfindən tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search