Previous Next

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin Türkiyə Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe və Çankaya universitetlərində rəsmi görüşlər keçirib.

Səfərin əsas məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin aparılmasıdır. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunub.

Görüş çərçivəsində ADPU nümayəndə heyəti Hacettepe və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search