Previous Next

ADPU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 8-də  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Ziyarətdə universitetin rəhbərliyi, fakültə dekanları, müvafiq strukturların rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.

 Ziyarətdə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və tər çiçəklər qoyulub. Müasir Azərbaycanın memarı, Ulu Öndər H.Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri minnətdarlıqla xatırlanıb, onun əbədiyaşar ideyalarının bu gün də dövlət siyasətimizin əsasını təşkil etdiyini vurğulanıb.

Ziyarət zamanı, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli ictimai xadim və oftolmoloq alim Zərifə xanım Əliyeva və görkəmli dövlət xadimləri Əziz Əliyev və Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə tər çiçəklər qoyulub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search