Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) infosessiyası təşkil olunub. Tədbirin məqsədi tələbələrə QHGT-nin fəaliyyəti, məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermək, həmçinin gəncləri təşkilatın fəaliyyətinə cəlb etmək olub.
İnfosessiyada ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək, tələbələrin beynəlxalq təşkilatlarda iştirakı və bu kimi platformalarda fəallıq göstərməsinin vacibliyini vurğulayıb. Prorektor universitetdə gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib və QHGT ilə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşları tələbələrə QHGT-nin yaranma tarixi, əsas məqsədləri və gənclər üçün təqdim etdiyi imkanlar haqqında məlumat veriblər. Təşkilatın beynəlxalq arenada gənclərin səsini çatdırmaq, onların hüquq və maraqlarını müdafiə etmək istiqamətində gördüyü işləri xüsusi olaraq vurğulanıb.