Previous Next

ADPU-nun prorektoru prof. M.Hüseynova Özbəkistanda fəxri professor adına layiq görülüb

Ötən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və ADPU-nun nümayəndə heyəti - Filologiya fakültəsinin dekanı, f.ü.f.d., dos. Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri, f.e.d., dos. Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova Özbəkistanda işgüzar səfərdə olublar. Səfərin əsas məqsədi Özbəkistan ali təhsil müəssisələri ilə imzalanmış müqavilələrin praktik mərhələsinə başlanılmasıdır.

Səfər çərçivəsində Ürgənc Dövlət Pedaqoji Universiteti, Məmun Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin nümayəndələri ilə əməkdaşlıq görüşləri keçirilib. Həmçinin, Ürgənc Dövlət Pedaqoji Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin təşkil etdiyi konfranslarda ADPU-nu təmsil edən prof. Mahirə Hüseynova öz təcrübə və biliklərini iştirakçılarla bölüşüb.

Ümumilikdə, səfər ali təhsil sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi istiqamətində mühüm addım olub, ADPU-nun beynəlxalq əlaqələrinin genişlənməsi və daha da dərinləşməsi üçün yeni imkanlar yaradılmaqdadır.

Eyni zamanda, səfər çərçivəsində prof. Mahirə Hüseynova Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru adına layiq görülüb. Fəxri professor diplomu mərkəzin direktoru, həmçinin Xarəzm vilayətinin deputatı Cəsurbəy Salayev, Özbəkistan Elmlər Akademiyası və Məmun Akademiyasının fəxri professoru İkram Abdullayev tərəfindən təqdim olunub.

Bu yüksək fəxri ad, prof. M.Hüseynovanın təhsil sahəsindəki uzunmüddətli və məhsuldar beynəlxalq əməkdaşlıq fəaliyyəti, eləcə də Xarəzm Vilayəti ilə təhsil sahəsində əməkdaşlığın inkişafına töhfələrinə görə verilib.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search