"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Ramil Rüfət oğlu Abdullayev Naftalan şəhərində 11 illik təhsilini başa vurduqdan sonra 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Növbəti ildə isə SABAH qruplarına qəbul olaraq təhsilini burada davam etdirir. Məktəb vaxtlarından müxtəlif yarışmalarda, xüsusilə İTV-də yayımlanan “Əlaçı” intellektual yarışma proqramında iştirak edib. Fəlsəfə ilə yaxından maraqlanır. Əlavə olaraq yazarlıqla da məşğuldur.2024-cü ildə yazdığı məqalə Beynəlxalq Astronavtika Konqresinə ( İAC 2024) qəbul alıb. 2025-ci ildə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Gənc Riyaziyyatçılar IV" elmi konfransında çıxış edərək birinci yerə layiq görülmüşdür. B1 ingilis dili səviyyəsinə malikdir.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan