Previous Next

ADPU ilk dəfə "Times Higher Education (THE) Impact Rankings"də yer alıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə nüfuzlu "Times Higher Education (THE) Impact Rankings" siyahısına daxil olub.  Bu nəticə universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Times Higher Education tərəfindən hazırlanan bu reytinq sistemi universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals - SDGs) uyğun fəaliyyətlərini qiymətləndirir. Qiymətləndirmə meyarlarına ali təhsilin keyfiyyəti, bərabər imkanların yaradılması, innovasiyalar, sağlamlıq və rifah, sənaye əməkdaşlığı kimi sahələr daxildir. Reytinq ali təhsil müəssisələrinin yalnız akademik nailiyyətlərinə deyil, həm də cəmiyyətə, iqtisadiyyata və ekoloji davamlılığa verdiyi töhfəyə əsaslanır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search