Previous Next

Bu il ADPU-dan 4400 nəfərdən çox tələbə məzun olur

Bu il Pedaqoji Universitetdən filallar və Pedaqoji Kollec da daxil olmaqla ümumilikdə 4400-dən çox təhsilalanın məzun olması gözlənilir.  Bunlardam 2623 nəfəri Bakıda (2347 nəfəri bakalavr, 276 nəfəri magistr), 998 nəfəri  filallarda, 788 nəfəri isə Pedaqoji Kollecdə təhsil alan tələbələrdir. Onların içərisində 37 nəfər ADPU-CVU magistr ikili diplom proqramı,  26 nəfər SABAH magistratura proqramları, 45 nəfər isə bakalavrait səviyyəsi üzrə SABAH qruplarının məzunlarıdır.

Sevindirici haldır ki, ADPU-nun bakalavr məzunlarından 1353 nəfəri magistraturaya ixtisas seçimi hüququ əldə ediblər. Universitetin builki məzunlarından 50 nəfəri xarici ölkələrin nüfuzlu universitetlərinə magistratura təhsili üçün müraciət edib və bu say artmaqdadır.

Eləcə də növbəti tədris ili üçün ADPU-nun qəbul planı artaraq bakalavriat səviyyəsində 2705 yerə (filialllarla birgə 3605 yer), magistratura səviyyəsində isə 608 yerə çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search