Previous Next

ADPU ali təhsil müəssisələrinin sərgisində iştirak edir

İyulun 30-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi start götürüb.

Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi,  Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri  ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) stendi də yer alır.

30 iyul – 1 avqust 2025-cü il tarixlərini əhatə edəcək  sərgidə abituriyentlər, valideynlər və digər iştirakçılar Pedaqoji Universitetin stendində ADPU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.Universitet əməkdaşları tərəfindən iştirakçılara  Pedaqoji Universitet haqqında ətraflı məlumatlar verilir, ADPU-da qəbul aparılan ixtisaslar, tədris infrastrukturu, tələbə həyatı, təqaüd və güzəşt imkanları, mübadilə proqramları və s.-lə bağlı informasiyaların əks olunduğu məlumatlandırıcı broşür və bukletlər təqdim edilir.

Sərginin ilk günündən ADPU-nun stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, 3 gün davam edəcək sərgiyə giriş ödənişsizdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search