Previous Next

Pedaqoji Universiteti seç - "Gələcəyin müəllimi" təqaüdü almaq şansı qazan!

Qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını seçərək qəbul olunan müəyyən sayda tələbələr Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar.

Bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir.

Hər tədris ilində tələblərə cavab verən ilk 300 nəfər birinci tədris ilinin tələbəsi "Gələcəyin müəllimi" təqaüdünü almaq imkanı qazanır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search