1 sentyabr 2022-ci il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı ilk təlim keçirilib. Təlimdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, ADPU-nun STEAM Mərkəzinin rəhbəri dos. Arzu Daşdəmirov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Cəlilova və STEAM Mərkəzinin əməkdaşları iştirak edib. “STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda baş tutan təlimi ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva aparıb. İştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, mobil əsaslı öyrənmə (MBL) , problemlə əsaslı öyrənmə (PrBL),, sorğu əsaslı təlim (IBL), STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verilib. Təlimdə ümumilikdə 34 nəfər olmaqla ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.