Previous Next

ADPU alimlərinin nizamişünaslıq tədqiqatları Türkiyədə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzr prorektoru, Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, ADPU-nun Türk araşdırmaları bölməsinin rəhbəri professor Elman Quliyev və AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Rzasoyun hazırladıqları "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabı haqqında Türk Ocaqları Dərnəyi Bursa Şöbəsinin qəzetində məqalələr dərc edilib. Məqalədə vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Nizami ili" ilə bağlı Sərəncamına əsasən hazırlanan kitab Türk Ocaqları Dərnəyi Bursa şöbəsi tərəfindən nəşr edilib və bu Azərbaycan və ADPU alimlərinin nizamişünaslıq araşdırmalarının qardaş ölkədə geniş yayılması baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin, qəzetdə ADPU-nun Filologiya fakültəsinin müəllimi, fil.ü.f.d. Ülkər Baxşıyevanın kitabla bağlı yazısı da yer alıb.
Bu ilin may ayında Pedaqoji Universitetdə dərnəyin nəşr etdiyi "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Türk Ocaqları Dərnəyi 1912-ci ildən qardaş Türkiyədə fəaliyyət göstərən türk mədəniyyət mərkəzidir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search