ADPU-nun Fizik fakültəsinin Elmi şurasının iclası keçirilib.
İclasda Fizika fakültəsinin rəhbərliyi, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Fizika fakültəsinin dekanı, fakültə Elmi şurasının sədri dosnt Arzu Daşdəmirov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. İclasın gündəliyinə 2022/2023-cü tədris ilinin payız semestrinə hazırlığın vəziyyəti haqqında (kafedra müdirlərinin və dekan müavinlərinin məlumatı), 2022/2023-cü tədris ili üçün fakültənin, fakültənin Elmi və Tədris Metodiki şuralarının, Elmi seminarın iş planlarının müzakirəsi və təsdiqi və cari məsələlər daxil edilib.
Fakültə Elmi şurasının sədri dos. A.Daşdəmirov fakültədə aparılan islahatlar, yeniliklər, professor-müəllim heyətinin akademik performansının qiymətləndirilməsi, akkreditasiya və digər məsələlərlə bağlı geniş məlumat verib. Daha sonra kafedra müdirlərinin məlumatı dinlənilib.
Yekunda iclasın gündəliyinə əsasən qərarlar qəbul edilib."