Previous Next

Rektor Erasmus+ mübadilə proqramının məzunları ilə görüşdü!

2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında Erasmus+ proqramı çərçivəsində tələbə-heyət mobilliyini həyata keçirmək məqsədilə bağlanmış müqavilə çərçivəsində tərəfdaş universitetlə (UCC) nəzərdə tutulan tələbə-müəllim heyəti mobilliyi uğurla yerinə yetirilir.
Sentyabrın 26-da ADPU-nun rektoru profressor Cəfər Cəfərov 2021/2022-ci tədris ilinin yaz semestri (5 ay) ərzində Erasmus+ KA1 mübadilə proqramı xətti ilə Danimarkanın UCC Universitetində mübadilə proqramında iştirak edən sosial iş ixtisasının builki məzunu Elmir Abbasov, İbtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi üzrə IV tədris ili tələbəsi Səbinə Tağıyeva, Korreksiyaedici təlim ixtisasının III tədris ili tələbələri Yamən Əliyeva və Hamed Noroozi ilə görüş keçirib.
Görüşdə həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova da iştirak edib.
Görüş əsnasında qeyd olundu ki, ADPU-nun xarici universitetlərlə əlaqələri genişləndirilir və bu proqramlardan yararlanan müəllim və tələbə heyəti ölkəmizn təhsil həyatına yeni töhfələr verəcək.
Proqramda iştirak edən tələbələr də öz təəssüratlarını bölüşərək qazandıqları təcrübələrdən bəhs edib, universitetdə və təhsil sistemimizdə müsbət dəyişikliklərdə yaxından iştirak etmək üçün biliklərini əsirgəməyəcəklərini bildiriblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search