Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Alimlər və Tədqiqatçılar Şurasının İdarə heyətinin növbəti iclası keçirilmişdir!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Alimlər və Tədqiqatçılar Şurasının İdarə heyətinin növbəti iclası keçirilmişdir. İclas iştirakçıları əvvəlcə 27 Sentyabr Anım Günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmişdir.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxış edərək bildirdi ki, ölkəmizdə həyata keçirilən davamlı gənclər siyasəti ADPU-da da uğurla davam etdirilir. Gənc Alimlər və Tədqiqatçılar Şurasının yaradılmasının əsаs məqsədi də məhz ADPU və onun filiallarında fəaliyyət göstərən gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək etmək və eyni zamanda onların apardıqları tədqiqatlara dair gəldikləri qənaət və еlmi yеniliklərin müxtəlif dövri nəşr və kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara bu istiqamətlərdə mеtоdiki köməyin göstərilməsi və s. məsələlərin həyata keçirilməsindən ibarətdir.                                           

Daha sonra çıxış edən Şuranın sədri filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov, üzvləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, pedaqogika üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova, biologiya üzrə fəlsəfə doktoru Gülnar Əlizadə, riyaziyyat üzrə fəlsəfə doktoru Tünzalə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva və doktorant Cavid Tapdıqlı Gənc Alimlər və Tədqiqatçılar Şurasının 2022-ci təqvim ili  üçün təsdiqlənmiş Fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrasını müzakirə ediblər.     

İclasda qeyd olunub ki, 29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamla əlaqədar olaraq 2022-ci ilin okytabr ayında İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı dəyirmi masanın keçirilməsi haqqında qərar qəbul olunmuşdur.                                           

10 Noyabr Dünya Elm Günü münasibətilə “Gənc tədqiqatçılar: Reallıqlar, problemlər, çağırışlar” adlı seminar və 2023-cü təqvim ilində isə 2 Fevral Gənclər Gününə həsr olunmuş  “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin, “Heydər Əliyev və gənclər siyasəti” adlı elmi-praktik konfransın və ADPU tələbələri arasında fizika, riyaziyyat, informatika, Azərbaycan dili, ədəbiyyat, ingilis dili, kimya, biologiya və tarix fənləri üzrə olimpiadaların təşkili və keçirilməsi qərara alınmışdır.

    Sonda idarə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb və çıxışlar ətrafında Şuranın gələcək fəaliyyətinə dair fikir və təkliflər dinlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search