Previous Next

Pedaqoji Universitetdə tədbir: “El bilir ki, sən müəllimsən!”

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "El bilir ki, sən müəllimsən!" adlı tədbir keçirilib.
Tədbirdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, ADPU TKİB sədri Nərgiz Quluzadə, Pedaqoji Universitetin baza məktəbi olan 7 nömrəli tam orta məktəbin şagirdləri və 400 nəfərə yaxın tələbə iştirak edib.
Vətən uğrunda canından keçən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan müəllimləri haqqında məlumatlandırıcı videoçarx təqdim edilib.
Tədbirdə universitet tələbələrinin və 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib, daha sonra isə "Bizim Cəbiş müəllim" filmi izlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search