Previous Next

“Gələcəyin müəllimi sən!” mövzusunda dəyirmi masa!

Oktyabr 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcəyin müəllimi sən!” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Riyaziyyat fakültəsinin professor-müəllim heyəti, tələbə təşkilatının nümayəndələri və fəal tələbələr iştirak etmişdir.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı dosent Araz Fərəcov açılış nitqi ilə çıxış edərək, müəllimlərin tələbə və şagirdlərin həyatındakı əvəzsiz rolundan söhbət açıb, cəmiyyətin formalaşmasında müəllimlərin verdiyi təkanın əhəmiyyətini izah edib.
Dekan deyib: “Sağlam gənclik üçün təhsilli və öz ayağı üstündə dayanan bir fərd yalnız səbirli bir müəllimin sənət əsəri ola bilər.”
Riyaziyyat fakültəsi üzrə THİK sədri Sevinc Ağayeva və aktiv tələbələrdən Dilarə Abdullazadə fakültənin şəhid məzunu Qoşqar Ömərovun həyatı və müəllimlik yolundan bəhs ediblər.
Sonda tələbələrin hazırladığı videoçarx təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search